İtaliyanın "Yuventus" klubunun Azərbaycanda rəsmi fan-klubu açılıb.
Newsport.az saytına açıqlama verən fan-klubun vitse-prezidenti Nicat Tağıyev bildirib ki, o, qurumun prezidenti Anar Məmmədovla birgə 2015-ci ilin dekabr ayında İtaliyaya yollanaraq, Turin təmsilçisinin rəhbərliyindən buna dair rəsmi razılıq alıblar.
Azərbaycandakı fan-klubun növbəti planı isə Turin klubunun Bakıda yay futbol məktəbini açmaqdır. Bu ideyanın 2016-cı ilin iyun ayının 6-da gerçəkləşdirilməsi gözlənilir. Tədbir bir ay davam edəcək.
"Yuventus"un Azərbaycan fan-klubunun əsas hədəfi isə İtaliya nəhənginin ölkəmizdə akademiyasını yaratmaqdır.