“Qrizmannın yerinə oxşar oyunçu tapmaq mümkün deyil”

“Atletiko”nun idman direktoru Mateu Alemani, hücumçu Antuan Qrizmannın yerinə başqa oyunçu axtarılması ilə bağlı sualı cavablandırıb.

Newsport.az “Atletiko Universe”-yə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Qrizmann birbaşa əvəzlənə bilməz, oxşar oyunçu tapmaq sadəcə mümkün deyil. Komandanın əziyyət çəkməməsi üçün alternativlər axtarmalı olacağıq. Bu mövzuda artıq bəzi fikirlərimiz var. Planımız baş məşqçinin istəklərinə uyğundur”.

Fransalı futbolçu mövsüm bitdikdən sonra Madrid klubundan ayrılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right