Sterlinq Niderlandda qalacaq?

"Feyenoord" qışda heyətinə qatdığı Rahim Sterlinqlə yollarını ayıracaq.

Newsport.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.

İngiltərəli vinger ona bəslənən ümidləri doğrultmayıb. 31 yaşlı futbolçunun mövsümün sonuna başa çatan müqaviləsinin müddəti uzadılmayacaq.

Qeyd edək ki, Rahim Sterlinq bu ilin fevralından "Feyenoord"da çıxış edir. İngiltərə millisinin sabiq üzvü Roterdam təmsilçisinin heyətində keçirdiyi 7 oyunda 1 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right