"İnter" müdafiəçi transfer edəcək

"Sassuolo"nun müdafiəçisi Tarik Muharemoviç yay transfer pəncərəsində klubunu dəyişəcək.

Newsport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Bosniyalı futbolçu "İnter"ə keçəcək. Muharemoviç Milan təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq. 23 yaşlı mərkəz müdafiəçisinin illik maaşı 2,2 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Tarik Muharemoviç bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə keçirdiyi 32 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right