PSJ Valverde üçün hərəkətə keçdi

"Real"ın yarımmüdafiəçisi Federiko Valverde karyerasını Fransada davam etdirə bilər.

Newsport.az xəbər verir bu barədə "El Chiringuito" məlumat yayıb.

PSJ uruqvaylı futbolçunu transfer etmək istəyir. Liqa 1 nəhənginin idman direktoru Luis Kampos Valverdenin nümayəndələri ilə əlaqə saxlayıb. İspaniya klubu 27 yaşlı oyunçu üçün təxminən 80-100 milyon avro tələb edəcək.

Qeyd edək ki, Federiko Valverde bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə keçirdiyi 48 oyunda 9 qol və 13 qol ötürməsi ilə yadda qalıb. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right