Levandovski karyerasını Portuqaliyada davam etdirə bilər

“Porto” bu yay azad agent olacaq Robert Levandovski ilə ciddi maraqlanır.

Newsport.az “A Bola”ya istinadən xəbər verir ki, 37 yaşlı polşalı hücumçunun mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra "Barselona"dan ayrılacağı gözlənilir.

Levandovskinin karyerasını Avropa, Səudiyyə Ərəbistanı və MLS də daxil olmaqla davam etdirmək üçün bir neçə variantı olduğu bildirilir.

Lakin o, hələlik yekun qərar verməyib. Portuqaliyanın hazırkı çempionu "Porto" təcrübəli hücumçuya konkret təklif irəli sürəcək.

Polyak futbolçu mövsüm başa çatdıqdan sonra yekun qərarını verəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right