"Atletiko"nun futbolçusu dünya çempionatında iştirak etməyəcək

"Atletiko"nun futbolçusu Conni Kardozo əməliyyat olunub.

Newsport.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Amerikalı yarımmüdafiəçi komandanın məşqi zamanı topuğundan zədə alıb. 24 yaşlı futbolçunun əməliyyatı uğurlu keçib. ABŞ millisinin üzvü iyunda başlayacaq dünya çempionatında iştirak etməyəcək.

Qeyd edək ki, Conni Kardozo cari mövsümdə "Atletiko"nun heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right