“Barselona”nı zirvədə görməkdən məmnunam”

“Qalatasaray”ın yarımmüdafiəçisi İlkay Gündoğan daha əvvəl çıxış etdiyi “Barselona”nı La Liqa çempionluğu münasibətilə təbrik edib. Katalonlar 35-ci turda evdə “Real” üzərində 2:0 hesablı qələbədən sonra titulu qazanıblar.

Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, “el klasiko”dan dərhal sonra Gündoğan “Barselona”nı təbrik edib:

“Keçmiş klubumun La Liqada qalib gəlməsi münasibətilə böyük təbriklər! Komanda bu mövsüm dominantlıq göstərdi və titulu layiqli qazandı. “Barselona”nı zirvədə, layiq olduğu yerdə görməkdən məmnunam. Bayramlardan həzz alın!”

İlkay Gündoğan 2023-cü ildən 2024-cü ilə qədər Kataloniya klubunda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right