Arda Turanın komandası çempion oldu

Arda Turanın baş məşqçisi olduğu Donetsk "Şaxtyor"u Ukrayna Premyer Liqasında vaxtından əvvəl çempion olub.

Newsport.az xəbər verir ki, klub Premyer Liqanın 27-ci turunda səfərdə "SK Poltava"nı 4:0 hesabı ilə məğlub edib. 

10 may

"SK Poltava" - "Şaxtyor" - 0:4 

Qollar: Krıskiv, 45+3, İsaque Silva, 55, 61, Traore, 67

Bu qələbədən sonra ən yaxın izləyicisi ilə xal fərqini 11-ə yüksəldən "Şaxtyor" mövsümün bitməsinə üç tur qalmış çempionluğu rəsmiləşdirib. Donetsk təmsilçisi tarixində 16-cı dəfə Ukrayna çempionu olub.

Qeyd edək ki, Arda Turan bu uğurla Avropada yüksək liqa çempionluğu qazanan ilk türkiyəli baş məşqçi kimi tarixə düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right