Kaxaber Tsxadadze Gürcüstan millisindən qovuldu

Gürcüstan milli komandasının baş məşqçisi Kaxaber Tsxadadze istefaya göndərilib. 

Newsport.az saytının məlumatına görə, bu barədə Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili məlumat verib. 

Kobiaşvili bu barədə ötən gün keçirdiyi mətbuat konfransında açıqlama verib. O, Tsxadadze ilə razılıq əldə edə bilmədiklərini bildirib. Kobiaşvili Kaxanı özünə qarşı hörmətsizlikdə günahlandırıb. Federasiya prezidenti yaxın günlərdə İcraiyyə Komitəsinin iclasında KaxaberTsxadadzenin istefasının rəsmiləşəcəyini bildirib: "Artıq qərarımı vermişəm. Tsxadadze bir daha milli komandada çalışmayacaq. ”
Qeyd edək ki, Kaxaber Tsxadadze 2014-cü ilin dekabrında Gürcüstan milli komandasına baş məşqçi təyin edilib. O, 2015-ci ilin iyununadək "İnter"də də eyni vəzifəni icra etdikdən sonra fəaliyyətini yalnız yığmada davam etdirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right