Bu gün Türkiyə kubokunun ikinci turuna start verilib.
Newsport.az saytının məlumatına görə, millimizin üzvü Rail məlikovun şərəfini qoruduğu "Dənizlispor" "Trabzon Akçaabat"la qarşılaşıb. 90 dəqiqə ərzində hesab açılmadığından oyun əlavə vaxtlara kimi uzanıb. Burada da hesab açılmadığında matçın taleyini penaltilər həll edib. 11 metrlik cərimə zərbələr sonunda qalib Trabzon təmsilçisi olub.
Qeyd edək ki, Rail Məlikov 120 dəqiqə meydanda olub.