“Sportinq”dən baş məşqçisi ilə yeni müqavilə

Portuqaliyanın “Sportinq” klubu baş məşqçi Ruy Jorje ilə yeni müqavilə bağlayıb.

Newsport.az xəbər verir ki, Lissabon təmsilçisi portuqaliyalı mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı çalışdırıcı ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Jorje 2024-cü ilin dekabrında “Sportinq”in baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda hazırda Portuqaliya çempionatında 31 turdan sonra 73 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right