“Liverpul”un baş məşqçisi Arne Slot “Mançester Yunayted”in bu mövsümdəki çıxışını yüksək qiymətləndirib. Komandalar mayın 3-də, “qırmızı şeytanlar”ın ev oyunlarını keçirdiyi “Old Trafford”da, İngiltərə Premyer Liqası çərçivəsində üz-üzə gələcək.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis rəqibin futbolçularının real səviyyəsinin nəticələrdə də öz əksini tapdığını bildirib:
“İndi nəhayət, görürük ki, “Mançester Yunayted”in oyunçuları nə qədər güclüdür. Biz həmişə bilirdik ki, onlar yaxşıdır, amma indi bunu turnir cədvəlində də göstərirlər.
Bəlkə də, onların müəyyən üstünlüyü var: həftədə cəmi bir oyun keçirirlər. Amma biz onlara qarşı hər dəfə mübarizə aparanda da, oyundan əvvəl təhlil edərkən də, meydanda da onların nə qədər güclü olduğunu hiss etmişik. İndi isə xüsusilə, Maykl Karrikin rəhbərliyi altında nəticələri daha sabit olub”.