"Fənərbaxça"nın istədiyi hücumçuya 30 milyon avro qiymət qoydular

"Fənərbaxça" "Milan"ın hücumçusu Kristofer Nkunkunu transfer etmək istəyir.

Newsport.az xəbər verir ki, bu barədə "Corriere Dello Sport" nəşri məlumat yayıb.

İtaliya klubu fransalı forvardı yayda satmağı planlaşdırır. A Seriyası nəhəngi Nkunkuya 30 milyon avro qiymət qoyub. "Fənərbaxça" 28 yaşlı futbolçu üçün hərəkətə keçməyi planlaşdırır.

Qeyd edək ki, Kristofer Nkunku bu mövsüm "Milan"In heyətində keçirdiyi 31 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right