"Mançester Yunayted" Türkiyə klubundan 20 milyon avro tələb edir

"Trabzonspor" "Mançester Yunayted"dən icarəyə götürdüyü Andre Onananın transfer hüquqlarına yiyələnmək istəyir.

Newsport.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" kamerunlu qolkiperin satmağa hazırdır. İngiltərə klubu Onana üçün 20 milyon avro tələb edir. Super Liqa təmsilçisi isə 30 yaşlı "əlcək sahibi"ni daha aşağı məbləğə transfer etmək istəyir.

Qeyd edək ki, Andre Onana bu mövsüm "Trabzonspor"un heyətində keçirdiyi 30 oyunda qapısında 39 qol görüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right