PSJ-də şok itki

PSJ-nin heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, Əşrəf Hakimi sıradan çıxıb. Mərakeşli futbolçu UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin "Bavariya" ilə ilk oyununda zədələnib.

Hakiminin sağ ayaq əzələsində zədə aşkarlanıb. 27 yaşlı sağ cinah müdafiəçisi mayın 6-da Almaniyada keçiriləcək cavab görüşündə iştirak etməyəcək.

Qeyd edək ki, Əşrəf Hakimi bu mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 3 qol vurub, 9 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right