Kosovolu müdafiəçi ilə müqavilə imzalanacaq

"Napoli" müdafiəçi Amir Rrahmaninin müqaviləsinin müddətini uzatmağa hazırlaşır.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq Kosovo millisinin üzvü ilə razılıq əldə olunub. 32 yaşlı mərkəz müdafiəçisinin gələn ilin yayında başa çatan sözləşməsi daha 2 il artırılacaq.

Qeyd edək ki, Amir Rrahmani 2020-ci ilin yanvarından "Napoli"də çıxış edir. Təcrübəli müdafiəçi bu mövsüm Neapol təmsilçisinin heyətində keçirdiyi 23 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right