Türkiyə Kubokunda qrup mərhələsinin oyunları davam edir. Günün qarşılaşmalarından biri "Fənərbaxça” ilə "Tuzlaspor” klubları arasında baş tutub.
Newsport.az-ın məlumatına görə, "Tuzlaspor” sözügedən qarşılaşma üçün "Fənərbaxça”nın stadionuna marşrutla gediblər. Bu addım isə böyük marağa səbəb olub.
İstanbul təmsilçisi bu qərarı ötən gün açıqlamışdı. Klubun şəxsi avtobusu olsa da, bu addım aşağı liqa klublarının maliyyə durumunu göz önünə çıxarmaq üçün nəzərdə tutulub.
Qeyd edək ki,"Tuzlaspor” səfərdə "Fənərbaxça”ya 1-0 məğlub olub.