Türkiyənin "Beşşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib. "Qara qatrallar” Moskva "Spartak”ından ayrılan erməni futbolçu Aras Özbilizlə ilkin razılıq əldə edib.
Newsport.az saytının məlumatına görə,tərəflər arasında bu gün 4.5 illik müqavilə imzalanacaq.
Türkiyə mətbuatında yer alan xəbərə görə, "Beşiktaş” Ermənistan milli komandasının üzvünü icarəyə verəcək. Artıq "NTV Spor” futbolçunun hansı komandaya icarəyə veriləcəyini aşkar edib. Mənbədə yer alan xəbərə görə 25 yaşlı futbolçu mövsümün sonunadək İspaniya La Liqasında mübarizə aparan "Rayo Valekano” klubuna icarəyə veriləcək.