Moskva ÇSKA-sında 6 il uğurlu mövsüm keçirdikdən sonra İtaliyanın "Yuventus” klubunu transfer olunan və gələcəyin Pavel Nedvedi kimi göstərilən Miloş Krasiç karyerasının ən pis dönəmlərindən birini yaşayır.
"Yuventus”dan "Fənərbaxça”ya transfer edilən lakin uğrusuz Türkiyə karyerasından sonra Polşa çempionatında çıxış edən "Lexiya” klubuna keçən 31 yaşlı yarımmüdafiəçi hazırkı klubunda da xoşbəxt deyil.
Bir neçə gün öncə içki məclislərinin birində yaxalanan futbolçu Qazaxıstan çempionatında oynamağa çox yaxındır.
Bu barədə futbolçunun agenti məlumat verib. Menecer Qazaxıstan və Ərəbistan klubları ilə danışıqlar apardıqlarını açıqlayıb.
Qeyd edək ki, Krasiçin "Lexiya” ilə 2017-ciilin yayınadək müqaviləsi mövcuddur.