"Çelsi”, "Yuventus” və "Fiorentina” kimi məşhur klublarda forma geyinmiş Adrian Mutunun yeni klubu bəlli olub.
Newsport.az saytının məlumatına görə, Rumıniya milli komandasının sabiq üzvü karyerasını ölkəsində davam etdirəcək. 37 yaşlı futbolçu Rumıniya çempionatında mübarizə aparan "Tırqu Mureş” komandası ilə münasibətlərini rəsmiləşdirib.
Maraqlı məqam burasındadır ki, Mutu yeni komandasında debütünü Azərbaycan klubuna qarşı edə bilər. Belə ki, "Tırqu Mureş” Antalya toplanışı çərçivəsində yanvarın 22-də Aərbaycan çempionatının debütantı "Zirə” ilə yoxlama oyunu keçirəcək. Mutu şans qazanacağı təqdirdə yeni komandasında debütünü "Zirə”yə qarşı keçirəcək.