Messinin son durumu bəlli oldu FOTO

İspaniya La Liqasının XX turunda "Barselona” "Atletik” (6-0) matçında zədə alan Leonel Messinin son durumu bəlli olub. 
 

Newsport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, Argentina milli komandasının üzvü bu gün tibbi müayinədən keçib. Həkim müayinəsindən sonra ulduz futbolçunun zədəsinin ciddi olmadığı bəlli olub. Onun İspaniya  kubokunda "Atletik”ə qarşı oyunda iştirak edəcəyi gözlənilir. 
 
Qeyd edək ki, Messi "Atletik”lə oyunun 46-ci dəqiqəsində zədələnərək yerini türkiyəli Arda Turana vermişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right