Qattuzo: "Azərbaycanda işləyə bilərəm"

İtaliya millisinin sabiq futbolçusu Cennaro Qattuzo ölkəsinin mətbuatına maraqlı açıqlama verib. 

Newsport.az-ın məlumatına görə, hazırda Yunanıstanın OFİ klubunu çalışdıran gənc mütəxəssis gələcək məşqçi karyerasından danışarkən deyib ki,  Azərbaycanda da işləyə bilər: 

"Futbol tək İtaliyada deyil. Mən digər mədəniyyətləri də tanımaq istərdim. Məsələn,  Azərbaycanda işləyə bilərəm. Şotlandiyada futbolçu kimi oynayanda 18 yaşım var idi. Məni heç nə qorxutmur. Bir il sonra başqa yerdə işləyə bilərəm".

Qeyd edək ki, "Milan"ın canlı əfsanəsi daha əvvəl İsveçrənin "Syon" və İtaliyanın "Palermo" klublarını çalışıdırb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right