Türkiyədə növbəti maraqlı məşqçi istefası: Rəsmi oyuna çıxmadan istefa verdi

Türkiyə futbolunda növbəti maraqlı baş məşqçi istefası reallaşıb.

Newsport.az saytının məlumatına görə, PTT I Liqasında mübarizə aparan "Elazığspor”un baş məşqçisi Kamal Özdəş istefa verib. 
 
Özdəşin klubdakı fəaliyyəti cəmi 11 gün çəkib. Kamal Özdəş istefasını kluba qoyulan transfer qadağası və maliyyə problemləri ilə əlaqələndirib. 
 
Qeyd edək ki, Türkiyədə tez-tez baş məşqçi istefası adi hala çevrilib. Yılmaz Vuralın 1 günlük baş məşqçiliyindən sonra "Mersin İdman Yurdu”nda  Hakan Kutlu 1, Nurullah Sağlam isə 2 gündən sonra istefa vermişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right