“Azərbaycan millisindən dəvət gəlmişdi” – Hakan Çalhanoğlunun atası

Türkiyənin 17 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Ünal Altıntaş Azərbaycan milli klomandasında oynamaq üçün təklif alıb. 
Newsport.az saytının məlumatına görə, hazırda Almaniyanın "Kayzerslauten” klubundan çıxış edən futbolçu bundan imtina edib. 
Bu barədə məlumatı futbolçunun meneceri, məəşhur futbolçu Hakan Çalhanoğlunun atası Hüseyn Çalhanoğlu məlumat verib. O, Azərbaycan millisindən təklif aldıqlarını lakin bu təklifdən imtina etdiklərini bildirib: "Ünal Türkiyədə oynayacaq. Almaniyanın böyük klubları onun xidmətində maraqlıdır. O, istedadlı futbolçudur. Bir müddət əvvəl Azərbaycan millisindən dəvət almışdı. Amma biz bu təklifi qəbul etmədik.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right