İtaliya A Seriyasında daha bir baş məşqçi istefası reallaşıb.
Newsport.az saytının məlumatına görə, "Palyermo” rəhbərliyi baş məşqçi Devide Ballardiniyə qapı göstərib. Klub rəhbərliyi son zamanlardakı uğursuz çıxışa görə, 52 yaşlı mütəxəssislə yollarını ayırmaq qərarına gəlib.
Qeyd edək ki, Ballardini noyarın əvvəllərində bu posta təyin olunmuşdu. "Palyermo” İtaliya A Seriyasında geridə qalan 19 tur ərzində 21 xal toplayıb və 20 komanda arasında 16-cı pillədə qərarlaşıb.