Bakının "İnter” klubundan ayrıldıqdan sonra, cari mövsümün ilk hissəsini Türkiyə PTT I Liqasında çıxış edən "Karşıyaka”da keçirən lakin maliyyə problemləri səbəbi ilə PTT təmsilçisindən ayrılan Aleksandr Amisulaşvilinin yeni klubun adı bəlli olub.
Newsport.az saytının məlumatına görə, Gürcüstan milli komandasını üzvü karyerasını ölkəsində davam etdirəcək. 33 yaşlı futbolçu ölkəsinin "Dinamo” (Tbilisi) klubunda davam etirəcək. O, yeni klubu ilə 1 illik müaviləyə imza atıb.
Qeyd edək ki, Amisulaşvili 2014/15 mövsümündə "İnter”də çıxış edib. O, Bakı klubunun heyətində 23 oyun keçirərək 2 qola imza atmağı bacarıb.