Ançelotti Mourinyonu qabaqladı

İspaniya La Liqasının son turunda "Deportivo" ilə oyun "Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.

Newsport.az saytının məlumatına görə, "Real"la 67-ci matçına çıxan italiyalı mütəxəssis 50-ci qələbəsini qazanıb.

Ançelotti bu nəticə ilə "Real"ın sabiq baş məşqçisi Joze Mourinyonu geridə qoyub. Portuqaliyalı mütəxəssis Madrid klubunda 50-ci qələbəsini 69-cu matçında qazanmışdı.

Qeyd edək ki, "Real" səfərdə "Deportivo"nu 8:2 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right