Arsen Venger: "Məsut bu ana qədər 50 milyon avroluq çıxış etməyib"

"Arsenal" klubunun baş məşqçisi Arsen Venger sərgilədiyi oyununa görə tənqid olunan futbolçusu Məsut Özilin müdafiəsinə qalxıb.

Newsport.az -ın məlumatına görə, "Bild" qəzetinə danışan fransız mütəxəssis  türkiyəli futbolçuya 50 milyon ödədikləri üçün peşman olmadığını bildirib:

"Əlbəttə, Məsut üçün 50 milyon avronu yenə ödəyərdim. Onu hazırda yaxşı oynamadığı üçün tənqid edirlər. Ancaq müasir futbolda ön plana çıxmaq üçün sehirbaz olmalısan. Təbii ki, ödədiyimiz məbləğin qarşılığı olaraq ondan yaxşı oyun gözləyirəm. Lakin bu, təkcə Özilə aid deyil. Hər hansı bir futbolçuya 1 avro ödəsəm belə, bunun qarşılığını almalıyam. Məsut bu ana qədər 50 milyon avroluq çıxış etməyib".

Qeyd edək ki, Məzit Özil 50 milyon avro qarşılığında "Real" (Madrid) klubundan "Arsenal"a transfer olunub.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right