Mövsümlərarası fasilədə Bakının "İnter” klubundan ayrılan fransalı futbolçu L`imam İsak Seydi karyerasını İsveçrədə davam etdirə bilər.
Newsport.az saytının məlumatına görə, forvard karyerasını İsveçrə I divizionunda mübarizə aparan "Arau” klubunda davam etdirə bilər.
Yerli mətbuatda yer alan xəbərlərə görə, Seydi hazırda "Arau”nun düşərgəsindədir. Onunla bağlı yekun qərarı məşqçilər korpusu verəcək.
Qeyd edək ki, Seydi Azərbaycana "Xəzər Lənkəran” vasitəsi ilə təşrif buyurmuşdu. Lakin kluba qoyulan məlum transfer qadağasından sonra o, "İnter”ə üz tutmuşdu.