Antalyanın Muratpaşa bölgəsində "Qalatasaray”ın İdarə Heyətinin üzvü, azərbaycanlı iş adamı Bəxtiyar Muradov soyğuna mərzu qalıb.
Newsport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Muradovun "Qalatasaray”a məxsus pulları oğurlanıb. Muradov restoranda yemək yeyerkən üzərində gəzdirdiyi çantanı oğurlayıblar. Çantanın içində "Qalatasaray Store”nin iki günlük gəliri və zinət əşyaları olub.
Hadisə ilə bağlı Muradov özü açıqlama verib. O, çantada 10 min türk lirəsi və 20 min türk lirəsi civarında qızıl olduğunu bildirib: "Çantanı stolun üstünə qoydum və yemək almaq üçün aşpaza yaxınlaşdım. Az sonra qayıdanda gördüm ki, çanta yerində yoxdu. Əvvəl elə bildim ki, çantanı özümlə gətirməmişəm. Lakin kamera göüntülərini izlədikdən sonra çantanın oğurlandığını başa düşdük. ”
Muradov bununla bağlı polisə məlumat versə də, hələlik oğrular yaxalanmayıb.