"Qalatasaray”ın almaniyalı futbolçusu Kevin Qrosskroytz karyerasını vətənində davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Almaniya Bundesliqasında mübarizə aparan "Ştudqart” klubu ilə razılıq əldə edib. Bu barədə klubun İdman Direktoru Robin Dat məlumat verib. O, Kevinin ötən gün tibbi müayinədən keçdiyini və transferin yaxın günlər ərzində baş tutacağını bildirib. Dat həmçinin Kevinin futbol oynayacaq gücdə olduğunu və "Ştudqart”ın gücünə güc qata biləcəyinə inandıqlarını da bildirib.
Qeyd edək ki, Qrosskroytz mövsümün əvvəlində Dortmund "Borussiya”sından "Qalatasaray”a transfer olunmuşdu. Onun sənədləri FİFA-ya gec göndərildiyi üçün futbol qurumu oyunçunun oynamasında icazə verməmişdi. Kevin yalnız yoxlama oyunlarında "Qalatasaray”ın formasını geyinməyi bacarmışdı.