Türkiyə Super Liqasında mübarizə aparan "Mersin İdman Yurdu” baş məşqçisi Bulənt Qorxmazla yollarını ayırmaq qərarına gəlib.
Newsport.az-ın məlumatına görə, bu barədə klub prezidentinin köməkçisi Senan İdin Türkiyə mətbuatına açıqlamasında məlumat verib.
İdin klubdaxili iclasda bu barədə qərar verdiklərini və bunu Qorxmaza da bildirdiklərini deyib. O, Bülent Qorxmzla qarşılıqlı razılıq əsasında yolların ayrılması məqsədi ilə sabah bir araya gələcəklərini bildirib. O, məhz Qorxmazla görüşdən sonra yeni baş məşqçi axtarışlarına başlayacaqlarını vurğulayıb.
Senan İdin həmçinin futbolçular Sərvət Çətin, Sinan Kaloğlu, Efe Halil və Oktay Dəlibaltaya klub tapmalarını bildirib.
Qeyd edək ki, Mersin təmsilçisi "Qarabağ”ın futbolçusu Qara Qarayev və "Sumqayıt”ın futbolçusu Tural Rzayevin xidmətində maraqlı idi. Futbolçuların komandaya keçmələrində əsas rolu Bülən Qorxmaz oynayırdı.