"Real Madrid”in kolumbiyalı uldzu futbolçusu Hames Rodrigez avtomobilini "200” sürətlə idarə edərkən polisin hədəfinə tuş gəlib.
Newsport.az-ın məlumatına görə, Hames polisi "dayan” siqnalına məhəl qoymayaraq "Real”ın Valdebabasda yerləşən bazasına daxil olub.
Yerli mediada yer alan xəbərlərə görə, polis klub mühaizəçilərinə "200 km sürətlə hərəkət edirdi. Onu izlədik” açıqlamalarını verib.
Bu hadisələrin Hamesə baha başa gələcəyi gözlənilir. Futbolunun böyük miqdarda pul cəzası və uzun müddət sürücülük hüququndan məhrum olunacağı gözlənilir.