Muarem Muaremin “Malatyaspor”a keçidi baş tutmadı

Bir neçə gün öncə Türkiyə PTT I Liqasında mübarizə aparan "Yeni Malatyaspor”un baş məşqçisi Urfan Buz yerli mətbuata verdiyi açıqlamada "Qarabağ”ın sabiq futbolçusu Muarem Muaremlə ilkin razılıq əldə etdiklərini və transferin yaxın günlərdə baş tuta biləcəyini açıqlamışdı.  

Newsport.az-ın məlumatına görə, Makedoniya millisinin sabiq üzvünün "Malatyaspor”a keçidi baş tutmayacaq. 

Malatya təmsilçisinə yaxın mənbədən əldə etdiyimiz məlumata görə, keçidin baş tutmamasında maraqlı nüanslar var.  Belə ki, Malatya təmsilçisinin azarkeş ordusu Muaremin transferinə qarşı çıxaraq rəhbərliyə etiraz edib və "Əskişəhərspor”da forma şansı qazana bilməyən futbolçunun transfer edilməsinə ciddi etiraz ediblər. Belə olan halda rəhbərlik Muaremi transfer etməkdən boyun qaçırıb. 
 
Qeyd edək ki, Muarem təxminən 2 aya yaxındır klubsuzdur. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right