Türkiyə Superliqasında mübarizə aparan "Gənclərbirliyi” klubunun yeni baş məşqçisininadına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, Ankara təmsilçisi İbrahim Üzülməzə tapşırılıb.
Bu barədə məlumatı klub prezidenti İlhan Cavcav yerli mətbuata açıqlamasında bilkdirib. O, məşqçiliyə yeni başlayan və ilk işi "Elazığspor” klubu olan və bir neçə həftə öncə Elazığ təmsilçisindən ayrlan Üzülməzlə anlaşdıqlarını bildirib.
Qeyd edək ki, Üzülməz 2011-ci ildə futbolçu karyerasını bitirib. O, karyerasın bitirdikdən sonra Azərbaycanda UEFA-nın təşkil etdiyi məşqçi kurslarına qatılıb və məşqçi kimi çalışmaq üçün lisenziya almağı bacarmışdı.