Türkiyəli futbolçu Arda Turanın "Barselona”da neçə nömrəli formada çıxış edəcəyi bəlli olub.
Newsport.az-ın məlumatına görə, Türkiyə milli komandasının futbolçusu "7” nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Arda Turan mövsümün əvvəlində Mardid "Atletiko”sundan "Barsa”ya transfer olunmuşdu. Lakin Arda, kluba qoyulan qadağa səbəbi ilə forma geyinməyi bacarmamışdı. Onun yanvar ayında "Barsa”da debüt edəcəyi gözlənilir.