“Son oyunlarımız bizə yaraşmır” - Filippo İnzaqi

“Oyundan sonra çox qəzəbli idim. Çünki mütləq qələbə qazanmalı olduğumuz matçı uduzduq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Milan”ın baş məşqçisi Filippo İnzaqi “Yuventus”a məğlub olduqları  oyunda sonra deyib.

Rəqibin daha üstün olduğunu etiraf edən gənc mütəxəssis komandasının son oyunlarından razı qalmadığını bildirib: “Futbolçularıma demişdim ki, son iki turdakı oyunumuz Avropanın top komandasına yaraşmır. Düzdür, Honda əlinə düşən qol imkanından yararlansaydı, nəticə başqa cür olardı. İki hücumçu ilə də oyunun taleyini dəyişə bilmədik. Qəbul etməliyik ki, “Yuventus” bizdən yaxşı oynadı”.

Xatırladaq ki, “Milan” öz meydanında “Yuventus”a 0:1 hesabı ilə məğlub olub.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right