Türkiyə Superliqasının XVII turunda "Bursaspor”la qarşılaşacaq "Mersin İdman Yurdu” futbolçuları gözlənilməz qərar qəbul ediblər.
Newsport.az-ın məlumatına görə, Mersin təmsilçisinin futbolçuları sabah səfərdə baş tutacaq matça çıxmayacaqlarını bildiriblər. Buna səbəb isə futbolçuların neçə aylıq maaş almamalarıdır. Futbolçular oyun saatına qədər pullarını almayacaqları təqdirdə oyuna çıxmayacaqlarını bildiriblər.
Mersin təmsilçisinin baş məşqçisi Türkiyə futbolunun canlı əfsanələrindən olan Bülənt Qorxmazdır. Bir müddət "Bakı”da çalışmış mütəxəssis azərbaycanlı futbolçuları da komandasında görmək istəyir. Hətta yerli mətbautda yer alan xəbərlərə görə, Qorxmaz "Sumqayıt”lı Tural Rzayev və "Qarabağ”lı Qara Qarayevlə danışıqlar aparılmasını istəyib. Büləntin köməkçisi Səbahəttin Təkin bir müddət əvvəl saytımıza açıqlamasında yaxın günlərdə Azərbaycana gələcəiyini və bir neçə futbolçunun oyununu izləyəcəyini bildirmişdi.
Maraqlıdır: Azərbaycanlı futbolçular bu vəziyyətdə olan, futbolçularına olan borcu ödəməyən kluba keçməyə razı olarlarmı?...