Hazırda klubsuz olan braziliyalı futbolçu Ronaldinyo gələcək karyerası ilə bağlı açıqlama verib.
Newsport.az-ın məlumatına görə, ulduz futbolçu yeni klubunun adının yaxın günlərdə bəlli olacağını açıqlayıb.
"Nə qədər gücüm varsa futbol oynayacağam. Gələcək karyeramla bağlı müəyyən variantlar var. Karyeramı ABŞ-da davam etdirə bilərəm. Dubay və Braziliya da maraqlı olardı. Düşünməliyəm. Yaxın günlərdə qərarımı verəcəyəm. ”
Qeyd edək ki, Roninin xidmətində Türkiyənin "Antalyaspor” klubu da maraqlıdır.