Türkiyənin "Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, İstanbul klubunun qapıçısı Ərtoğrul Taşkıran zədələnərək sıradan çıxıb.
Türkiyə Kubokunun qrup mərhələsinin II turunda "Antalyaspor”la görüşdə zədə alan əlcək sahibi tibbi müayinədən keçib. 26 yaşlı qapıçının ayağında yırtıq aşkarlanıb. Onun 3 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Qeyd edək ki, "Fənərbaxça”da Taşkırandan başqa Meryeleş də uzunmüddətli zədədən əziyyət çəkir. Bir neçə gün öncə əməliyyat olunan futbolçu 4 ay yaşıl meydanlardan kənarda qalacaq.