PSJ-nin və Fransa millisinin yarımmüdafiəçisi Blez Matuidi ölkəsində ilin futbolçusu seçilib.
Newsport.az-ın məlumatına görə, 28 yaşlı futbolçu “France Football” jurnalının keçirdiyi sorğuda qalib olub. O, “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanı, “Real”ın müdafiəçisi Rafael Varanı və “Atletiko”nun üzvü Antuan Qrizmannı üstələyib.
Matuidi bu il PSJ ilə birgə Liqa 1-i, Liqa kubokunu və Fransa kubokunu qazanıb.