Cüneyt Çakır "ilin hakimi" seçildi

Türkiyəli referi Cüneyt Çakır ölkəsində "ilin hakimi" seçilib.

Newsport.az-ın məlumatına görə, təcrübəli fit sahibi bu uğura ikinci dəfədi nail olur.

Məsələ ilə bağlı açıqlama verən Çakır bundan xoşbəxt olduğunu dilə gətirib və seçimdə iştirak edənlərə təşəkkür edib.

Maraq üçün bildirək ki, Çakır ötən mövsüm Çempionlar Liqasının finalını idarə etmişdi. Bundan başqa o, cari mövsümdə ÇL-də bir sıra vacib qarşılaşmalarda da fit çaldı. Türkiyəli referinin AÇ-2016-nın final mərhələsndə idarəçilik edəcəyi də artıq dəqiqləşib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right