İtaliya milli komandasının baş məşqçisi Andrea Konte maraqlı açıqlama verib.
Newsport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis "Avro-2016"nın seçmə mərhələsinin növbəti oyununda qarşılaşacaqları Azərbaycan millisi haqda da danışıb. Konte yığmamızı düzgün qiymətləndirməli olduqlarını bildirib:
"Norveçlə oyuna yaxşı başladıq və qələbə qazandıq. Ancaq skandinaviyalılar bizə müəyyən problemlər yaratdı. Ona görə də bütün komandalara ciddi yanaşmalıyıq. Dünya çempionatında uğursuz çıxışdan sonra komandanın əvvəlki əzəmətini qaytarmağa gəlmişəm. Yığmanın futbolçularının ölkə xaricində çıxış etməsi hər zaman önəmlidir. Balotelli ilə yanaşı, digər futbolçularımız da ölkə xaricində oynayır. Qrupun favoriti olsaq da, rəqibləri kiçiltməməliyik. Xorvatiya və Bolqarıstan kimi güclü rəqiblərlə oyunlara ciddi hazırlaşmalıyıq. Azərbaycan və Malta yığmaları da asan rəqib kimi görünə bilər. Ancaq onları qiymətləndirməyə bilmərik. Seçmə mərhələyə qələbə ilə başladıq. Qarşıdakı oyunlarda da qalib gəlməliyik".
Qeyd edək ki, İtaliya – Azərbaycan qarşılaşması oktyabrın 10-da Palermo şəhərində keçiriləcək.