AVRO-2016-nın hakimləri açıqlandı SİYAHI

AVRO-2016-nın final mərhələsində oyunları idarə edəcək hakimlərin adları açıqlanıb.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qitənin ali futbol qurumu 18 referiyə dəvət göndərib.
 
Hələlik yalnız baş hakimlərin adları bəllidir. Fransada təşkil ediləcək qitə birinciliyinə yollanacaq bütün hakim briqadaları gələn ilin fevral ayında açıqlanacaq.
 

AVRO-2016-da oyun idarə edəcək hakimlər bunlardı: 
Martin Atkinson, Mark Klattenburq (hər ikisi İngiltərə), Feliks Brıx (Almaniya), Cüneyt Çakır (Türkiyə), Uilyam Kollum (Şotlandiya), Yonas Eriksson (İsveç), Ovidiu Hateqan (Rumıniya), Sergey Karasyov (Rusiya), Viktor Kaşşai (Macarıstan), Pavel Kraloveç (Çexiya), Byörn Kuypers (Hollandiya), Şimon Marçiniak (Polşa), Milorad Majiç (Serbiya), Sveyn Moen (Norveç), Nikola Ritsoli (İtaliya) Damir Skomina (Sloveniya), Klemen Turpin (Fransa), Karlos Velasko Karbalyo (İspaniya).

 
Qeyd edək ki, iyunun 10-dan iyulun 10-na qədər keçiriləcək Avropa çempionatında 51 oyun baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right