UEFA-dan "Fənərbaxça"nın "Lokomotiv"lə oyunları ilə bağlı mühüm qərar

UEFA Avropa Liqasının 1/16 finalında "Fənərbaxça"  ilə "Lokomotiv"arasındakı matçların yerini dəyişdirməyəcək.

Newsport.az-ın məlumatına görə, ali futbol qurumunun mətbuat xidməti həmin oyunların nəzərdə tutulduğu kimi İstanbul və Moskvada keçiriləcəyini açıqlayıb.

Oyunlar zamanı baş verə biləcək hər hansı insidentin qarşısının alınması üçün təhlükəsizlik xidmətləri gücləndiriləcək.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun fevralın 16-da İstanbulda, cavab görüşü isə ayın 25-də Moskvada keçiriləcək. Fevralın 18-də "Qalatasaray" evdə İtaliya "Latsio"sunu qəbul edəcək. Eyni şəhərdə və eyni gündə iki oyunun keçirilməməsi üçün UEFA "Fənərbaxça" - "Lokomotiv" görüşünü iki gün öncəyə təyin edib. 

Xatırladaq ki, bir müddət öncə Türkiyənin hava sərhəddini pozan Rusiyaya məxsus təyyarənin vurulmasından sonra ölkələr arasında münasibətlər gərginləşib. Hazırda iki ölkənin aviareysləri xüsusi nəzarət altındadır. Rusiyanın əksər klubları da Türkiyədə təlim-məşq toplanışı keçməkdən imtina edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right