Avropa Liqasının qrup mərhələsinin sonucu – VI turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytında aparılan sorğuya əsasən "Fənərabxça”nın futbolçusu Gökhan Gönül həftənin ən yaxşı futbolçusu seçilib. O, verilən səslərin 53 %-ni toplamağı bacarıb.
Qeyd edək ki, "Fənərbaxça” – "Seltik” oyunun ən yaxşılarından olub. O, komanda yoldaşı Lazar Markoviçin vurduğu qolun məhsuldar ötürməsini edib. Sözügedən oyun 1-1 hesablı bərabərliklə başa çatıb.