Kamran Ağayev Karşıyakadan ayrılıb, özünə yeni klub tapdı

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev Türkiyənin "Karşıyaka" klubu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, tərəflər qarşılıqlı razılıq əsasında ayrılıblar.

Bunun üçün azərbaycanlı futbolçu klubun ona olan 35 000 dollar borcundan imtina edib. Klub da öz növbəsində ona sərbəst agent statusu verib.

Artıq Ağayev özünə yeni klub da tapıb. Belə ki, onun Azərbaycan klublarından biri ilə razılığa gəldiyi iddia olunur. Amma Kamanın konkret hansı komandamızla anlaşdığı açıqlanmır. Məlumatı Türkiyə mətbuatı yayıb.

Qeyd edək ki, Kamran "Karşıyaka"da keçirdiyi 13 oyunda 20 qol buraxıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right