Eto "Antalyaspor”un baş məşqçisi oldu

Türkiyənin "Antalyaspor” klubunun baş məşqçisi Yusuf Şimşəklə yollarını ayırandan sonra klub "başsız" qalıb. 

Newsport.az-ın məlumatına görə, Yusuf Şimşəklə birlikdə köməkçilərinin də klubdan ayrılmasından sonra Antalya təmsilçisi baş məşqçisiz qaldığından ulduz futbolçu Samuel Eto bütün yükü öz üzərinə  götürüb. O, baş məşqçi tapılanadək komandanı rəhbərliyi altında məşqə çıxarmağı özünə borc bilib. "Antalyaspor” bu gün səhər baş tutan məşqinə məhz kamerunlu futbolçunun və aşağı yaş qrupları üzrə komandanın məşqçisi Mehmet Uğurlunun başçılığı altında çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right