Qazaxstan təmsilçisi də Türkiyə toplanışından imtina etdi

Rusiya Türkiyə ilə münasibətlərin gərginləşməsindən sonra öz futbol komandalarına bu ölkədə təlim-məşq toplanışı keçirməyi qadağan edib.

Newsport.az-ın məlumatına görə, sonuncu dəfə Mahaçqalanın "Anji” klubunun da imtinasından sonra bütün rus klubları buna əməl edib. Bu gün isə gözlənilməz hadisə baş verib. Belə ki, Qazaxıstanın "Okjeptes” klubu da Türkiyədə təlim-məşq toplanışından imtina edib. Onlar hazırlıqları Dubayda və ya Kiprdə davam etdirəcəklərini bildiriblər.

Bu isə Qazaxıstan klubunun azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb.  Komandanın rus məşqçisi Vladimir Muxanov tərəfindən verilmiş qərar ciddi müzakirələrə səbəb olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right